“Tottenhem”in hücumçusu Harri Keyn PSJ-yə keçmək niyyətində deyil.
İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli hücumçu yalnız “Bavariya”ya transfer olmaq istəyir. London təmsilçisi də onu heyətdə saxlamaq niyyətindədir.
10 ildir “Tottenhem”də çıxış edən Keyn heç bir titul qazanmayıb. O, bu müddətdə 435 oyuna çıxıb, 280 qol vurub.

