04 İyul 2026
Ölkə futbolu

Konfrans Liqası: “Neftçi” və “Sabah”ın rəqibi bəlli oldu – YENİLƏNİB

Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın mümkün rəqiblərindən olan Latviyanın RFŞ komandası Şimali Makedoniya təmsilçisi “Makedoniya”nı qəbul edib. Ev sahibi klub matçdan 4:1 hesablı qələbə ilə ayrılaraq II təsnifat mərhələsində “Sabah”ın rəqibi olub.

İlk matç da Latviya təmsilçisinin qalibiyyəti ilə bitmişdi -1:0.

“Neftçi”nin potensial rəqibləri olan Belarusun “Dinamo” (Minsk) klubu isə Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə üz-üzə gəlib. UEFA-nın qərarına əsasən, Bakıda “Azersun Arena”da keçirilən görüş ikincilərin qələbəsi ilə başa çatıb – 2:1. 

Bu nəticə ilə Bosniya və Hersoqovina klubu “Neftçi”nin Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olub.

İlk matç bərabərliklə yekunlaşıb – 2:2

Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsindəki ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə avqustun 3-də evdə keçirəcək. 

“Sabah” da RFŞ-ə qarşı ilk matçını eyni tarixdə səfərdə, cavab görüşü isə bir həftə sonra evdə baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43