“Bayer”in (Leverkuzen) futbolçusu Musa Diabi Premyer Liqaya keçməyə qərar verib.
İdmanxeber.az-ın məlumatına görə, fransalı oyunçuya “Aston Villa” və “Əl-Nəsr”dən təklif gəlmişdi. Diabinin seçimi İngiltərə klubu oldu.
“Aston Villa” bu transfer üçün 50 milyon avro ödəyəcək.
Musa 2019-cu ildən “Bayer”də çıxış edir. O, bu müddətdə 172 oyuna çıxıb və 49 qol vurub.

