04 İyul 2026
Dünya futbolu

Vüsal oynadı, komandası ermənilərə məğlub oldu – YENİLƏNİB

Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” bu gün Konfrans Liqasının birinci təsnifat mərhələsində cavab matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, Albaniya klubu doğma meydanda Ermənistanın “Ararat” komandası ilə üz-üzə gəlib. Həmyerlimiz görüşə əsas heyətdə başlasa da, ikinci hissədə əvəzlənib.

Qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə sona çatıb. Komandalar əlavə edilmiş vaxtlarda da hərəyə bir qol vurub – 4:4. Penaltilər seriyasında isə Ermənistan təmsilçisi növbəti mərhələyə yüksəlib. 

İrəvanda keçirilən ilk matçda qalib müəyyələşməmişdi – 1:1.

 22:00. “Eqnatiya” (Albaniya) – “Ararat” (Ermənistan)  4:4 (pen- 2:4)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43