Azərbaycan yığmasının futbolçusu Filip Ozobiç Rusiyanın “RB Sport” nəşrinə müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”dan “Neftçi”yə keçən 32 yaşlı yarımmüdafiəçi milli seçimini belə əsaslandırıb:
“Xorvat olaraq qalsam da, bütün gücümü Azərbaycan millisinin uğuru üçün sərf edirəm. Düzdür, Xorvatiyanın əsas yığmasında iştirak etmişəm. Ancaq sonradan Azərbaycan millisində oynamağı qərara aldım. Bu komandanın heyətində artıq 10 oyun keçirmişəm. Buna görə şadam”.
Vaxtilə Moskva “Spartak”ında çıxış etmiş Ozobiç Rusiya və Azərbaycan paytaxtlarını müqayisə edib: “Moskva çox gözəldir. Amma mən uzun müddətdir Bakıda yaşayıram, oynayıram. Bakı da çox cəlbedici şəhərdir”.
Qeyd edək ki, Filip Ozobiç 2010-2013-cü illərdə “Spartak”ın formasını geyinib.

