04 İyul 2026
Dünya futbolu

MY-nin yeni kapitanı bəlli oldu

Bruno Fernandes “Mançester Yunayted”in yeni kapitanı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, ötən günlərdə Harri Maquayrdan alınan kapitanlıq sarğısı Brunoya veriləcək.

Bu yay Səudiyyə Ərəbistanından 2 böyük təklif alan portuqaliyalı futbolçu bunların heç birini qəbul etməyib.

Fernandes “qırmızı şeytanlar”a 2020-ci ilin yanvarında qoşulub. O, bu müddətdə 185 oyuna çıxıb və 64 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43