04 İyul 2026
Dünya futbolu

Andreas İnyesta “İnter Mayami”yə doğru

Andres İnyesta “İnter Mayami”yə qoşulmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, 39 yaşlı yarımmüdafiəçi Amerika klubuyla 2+1 illik müqavilə imzalayacaq.

O, Lionel Messi və Serxio Busketsdən sonra “İnter Mayami”yə qoşulan 3-cü sabiq “Barselona”lı olacaq. Amerika klubuna Xordi Alba və Luis Suaresin də qoşulması gözlənilir.

İnyestanın son iş yeri Yaponiyanın “Vissel Kobe” klubu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43