01 İyul 2026
Dünya futbolu

“Qarabağ”ın Avropa Liqasında potensial rəqibi bəlli oldu

“Qarabağ”ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “köhlən atlar” Çempionlar Liqasının II raundunda Polşanın “Rakuv” komandasına uduzacağı təqdirdə, mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək.

Ağdam təmsilçisi bu turda HİK (Finlandiya) / “Molde” (Norveç) cütünün məğlubu ilə görüşəcək. İlk matç Bakıda keçiriləcək.

Qeyd edək ki, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin oyunları 10-17 avqustda baş tutacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43