01 İyul 2026
Dünya futbolu

Fransa klubu “Atalanta”nın futbolçusunu istəyir

“Nitsa” Jeremi Boqa üçün “Atalanta”ya 14 milyon avro təklif edib.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu isə bu təkliflə razılaşmayıb. Afrikalı futbolçu üçün 18 milyon avro tələb edilib.

Tərəflər arasında müzakirələr davam edəcək. “Nitsa” bu transferi bitirəcəyinə inanır. Boqa 2022-ci ilin yanvarında “Atalanta”ya qoşulub. O, bu müddətdə 47 oyuna 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43