30 İyun 2026
Ölkə futbolu

Biletlər tükəndi – “Neftçi” səfərdə dəstəksiz qalmayacaq

“Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovina klubu “Jelezniçar”la keçirəcəyi səfər oyununda dəstəksiz qalmayacaq.

İdmanxeber.az-a verilən məlumata görə, “ağ-qaralar”ı 50-yə yaxın azarkeş dəstəkləyəcək. Onlardan artıq bir neçəsi bununla bağlı kluba müraciət edib. 

Yerli mətbuat yazır ki, qarşılaşmanın keçiriləcəyi “Qrbavitsa” stadionu oyun günü tam dolacaq. 13 000 tamaşaçı tutumuna malik arenaya bütün biletlər satılıb.

Qeyd edək ki, iyulun 27-də oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43