“Barselona” ilə müqaviləsini uzatmaq istəməyən Arnau Tenas PSJ-yə keçə bilər.
İdmanxeber.az-ın məlumatına görə, Keylor Navas komandadan ayrılmaq ehtimalı var. Serxio Rikonu o qədər də bəyənməyən Luis Enrike ehtiyat qapıçı kimi Tenası düşünür.
İspaniyalı 2010-cu ildə “Barselona” akademiyasına daxil olub. O, keçən ay keçirilən U-21 Avropa Çempionatında finalda uduzan millinin əsas qapıçısı idi.

