“Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf mətbuat konfransı keçirib.
İdmanxeber.az-ın məlumatına görə, o bildirib ki, klubun son dövrlərdə fəaliyyəti ürəkaçan deyil:
“Çıxdığımız yolda “Neftçi” azarkeşlərindən səbr və etimad gözləyirik. Klubda təkrar canlanmanı təmin etmək üçün strategiya hazırlanır. “Neftçi” azarkeşləri hər zaman klubun yanında olublar, heç vaxt dəstəklərini əsirgəməyiblər.
Biz gördüyümüz işlər nəticəsində “Neftçi”nin yenidən yerli və beynəlxalq yarışlarda qələbələrlə azarkeşlərini sevindirəcəyinə inanırıq”.

