“Çelsi” “Vest Hem”in Konor Qallaher üçün etdiyi 40 milyon avroluq təklifi qəbul etməyib.
İdmanxeber.az-ın məlumatına görə, London klubu 23 yaşlı yarımmüdafiəçi üçün 50 milyon avro tələb edir. “Vest Hem” həmçinin Ceyms Uord-Prousla maraqlanır.
Qallaher ötən mövsüm “Çelsi”nin heyətində 45 oyuna çıxıb və 3 qol vurub.

