30 İyun 2026
Dünya futbolu

“Yurqorden” Konfrans Liqası oyunları üçün Musanı sifariş etdi

“Yurqorden” Musa Qurbanlını UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları üçün sifariş edib.

İdmanxeber.az-ın məlumatına görə, İsveçrə “Lütsern”i ilə matçlar üçün Avropa futbol qurumuna göndərilən 23 nəfərlik iştirak ərizəsində 21 yaşlı hücumçunun da adı var.

Qeyd edək ki, Musa Qurbanlı “Yurqorden”ə “Qarabağ”dan keçib Gənc forvard Stokholm təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43