22 İyun 2026
Dünya futbolu

PSJ-dən Mbappeyə milyonlar

Kilian Mbappe ilə PSJ ilə müqaviləsini uzatmaqdan imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu bu yay komandada qaldığı üçün rəhbərlik avqustun 1-dən etibarən ona 40 milyon avroluq sadiqlik bonusu ödəməlidi.

2024-cü ildə sözləşməsi başa çatacaq fransalı ulduzun bu mövsümün sonunda Paris klubundan ayrılacağı gözlənilir. 

24 yaşlı forvard 2017-ci ildən çıxış etdiyi PSJ–də 260 oyuna çıxıb, 212 qol vurub və 98 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43