“Kristal Pelas” Mateus Françanı heyətinə qatmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, London klubu bu transfer üçün “Flamenqo”ya 20 milyon avro və əlavə olaraq 5 milyon avro bonus ödəyəcək.
Mateus gələcəkdə “Qızıl top” qazana bilsə, Braziliya klubu buna görə də əlavə 5 milyon avro qazanacaq.
19 yaşlı braziliyalı yarımmüdafiəçi bu mövsüm “Flamenqo”nun heyətində 29 oyuna çıxıb və 3 qol vurub.

