Portuqaliyanın “Sportinq” klubu heyətini yeni futbolçu ilə gücləndirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, komanda “Leççe” ilə Morten Yulmand üçün 12+3 milyon avroya razılığa gəlib. Ancaq danimarkalı sözügedən ölkəyə yollanmaq istəmir.
24 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Leççe”də 36 oyuna çıxıb və 5 məhsuldar ötürmə edib.

