22 İyun 2026
Ölkə futbolu

AFFA-da yeni təyinat

AFFA-ya yeni mətbuat katibi təyin olunub.

İdmanxeber.az-ın məlumatına görə, bu vəzifədə Elnur Məmmədli çalışacaq.

Tanınmış telejurnalist bundan əvvəl “Futbol+”, “ANS”, “AzTV” və “CBC Sport”da fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan Boks Federasiyasında mətbuat katibi vəzifəsində işləyib.

Qeyd edək ki, Elnur Məmmədli bu vəzifədə “Səbail”ə keçən Firuz Abdullanı əvəzləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43