“Kəpəz” klubu yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “sarı-göylər” Gəncə Birləşmiş Xəstəxanası ilə əməkdaşlıq edəcək. Yeni tərəfdaş “Kəpəz” üçün tibbi xidmət göstərəcək.
Xəstəxananın adı komandanın formasında da əks olunacaq. Tərəflər arasında rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı bildirilir.

