22 İyun 2026
Ölkə futbolu

Argentinalı hücumçu Azərbaycan klubuna keçir

Argentinalı futbolçu Auqusto Lotti karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.az Meksikanın “Record” nəşrinə istinadən xəbər verir ki, hazırda həmin ölkənin “Krus Asul” klubunda çıxış edən 27 yaşlı hücumçu komandasını dəyişmək üzrədir.

O, rəhbərliyə karyerasını Avropada davam etdirmək istədiyini bildirib. Lotti hazırda Bakı təmsilçilərinin biri ilə danışıq aparır.

Hücumçunun “Krus Asul”la müqaviləsi 2026-cı ilin sonuna qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43