22 İyun 2026
Ölkə futbolu

Belçikalı futbolçu “Araz Naxçıvan”da – RƏSMİ

“Araz-Naxçıvan” daha bir əcnəbi futbolçunu transfer edib.

İdmanxeber.az-ın məlumata görə, belçikalı hücumçu İsmail Azzaui Premyer Liqa təmsilçisi ilə anlaşıb.

Mərakeşəsilli vinger müxtəlif illərdə “Anderlext” (Belçika) və “Tottenhem”in (İngiltərə) U-18 komandasında, eləcə də, “Volfsburq” (Almaniya), “Villem II” (Niderland) və “Herakles” (Niderland) klublarında çıxış edib.

İsmail Azzaui son olaraq 2020-2023-cü illərdə “Herakles”in uğurları üçün çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43