“Bavariya” Yan Zommerin yerini Yassin Bunu ilə doldurmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, “Sevilya” mərakeşli qapıçı üçün 20 milyon avro tələb edir. Münhen klubu isə bu məbləği danışıqlarla azalda biləcəyinə ümid edir.
Bunu 2019-ci ildən “Sevilya”da çıxış edir. O, bu müddətdə 140 oyuna çıxıb və 58 oyunda qapısını qola bağlaya bilib.

