“İnter” Lazar Samardjiçin transferini bu həftə tamamlamaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, “Udineze” bu transferdən 15 milyon avro qazanacaq. Həmçinin, Covanni Fabbian da “ağ-qaralar”a keçəcək.
“İnter”Samardjiç ilə 5 illik müqavilə imzalamağı planlaşdırır.
Lazar 2021-ci ildən çıxış etdiyi “Udineze”də 63 oyuna 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

