“Monako”nun müdafiəçisi Aksel Disasi bu gün “Çelsi” üçün tibbi müayinədən keçəcək.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu artıq İngiltərədədir. O, “mavilər”lə 5 illik müqavilə imzalayacaq. “Monako” müdafiəçi üçün 45 milyon avro alacaq.
Disasi 2020-ci ilin avqustundan Fransa klubunda çıxış edir. O, komandanın heyətində 129 matçda 12 qol vurub, 4 məhsuldar ötürmə edib. Transfermarkt.com portalı futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.

