“Sevilya” “Ayntraxt”ın yarımmüdafiəçisi Cibril Sounu transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, müqavilə ispan klubuna 14 milyon avroya başa gəlib. Oyunçunun təqdim etmə mərasimi bu gün keçiriləcək.
26 yaşlı isveçrəli futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb. Onun alman klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Sou ötən mövsüm klubda 47 oyuna çıxıb və 4 qol vurub.

