20 İyun 2026
Ölkə futbolu

“Neftçi” – “Jelezniçar” görüşünə BÖYÜK MARAQ

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Neftçi” – “Jelezniçar” oyununda anşlaq olacaq.

İdmanxeber.az-a verilən məlumata görə, matç üçün satışa çıxarılan bütün biletlər tükənib.Yalnız 1A və qonaq sektorda biletlərin satışı davam edir.

Xatırladaq ki, “Neftçi” – “Jelezniçar” oyunu avqustun 3-də, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Bosniya və Herseqovinadakı ilk görüş 2:2 hesabı ilə sona çatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43