“Barselona”nın baş məşqçisi Xavi Usman Dembele barədə çıxan transfer xəbərlərindən danışıb.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis fransalının klubdan getmək istədiyini bildirib. O, PSJ-dən futbolçuya təklif olduğunu təsdiqləyib:
“Dembele mənimlə açıq danışdı və getmək istədiyini bildirdi. Onun PSJ-dən təklifi var. Biz maliyyə baxımından onlarla rəqabət apara bilmərik. Açığı, buna məyus oldum”.
Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Cinah oyunçusu ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 35 oyuna çıxıb, 8 qol vurub və 9 məhsuldar ötürmə edib.
Portal Transfermarkt oyunçunun dəyərini 60 milyon avro qiymətləndirir.

