Çempionlar Liqası II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Qarabağ” – “Rakuv” görüşünün favoriti açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, bukmeker konturları sözügedən matçda təmsilçimizi üstün görüblər. Belə ki, Ağdam klubunun qələbəsinə 1,68, Polşa çempionunun qalibiyyətinə isə 3,17 əmsal təyin edilib.
Oyunun bərabərə bitmə ehtimalı 3,07 olaraq dəyərləndirilib.
“Qarabağ” – “Rakuv” maçtı bu axşam saat 20:00-da start götürəcək.

