Türkiyənin “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş “Neftçi”yə qarşı keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsi oyunu barədə danışıb.
İdmanxeber.az-ın məlumatına görə, 71 yaşlı mütəxəssis komandasının hələ də istədiyi formada olmadığını bildirib:
“Neftçi” ilə oyuna daha hazırlıqlı çıxacağıq. Mövsümün əvvəli olduğu üçün oyunçular ideal formadan uzaqdırlar. Ancaq getdikcə daha yaxşı vəziyyətdə oluruq. Zədəli futbolçularımız da sıraya döndükdən sonra komandamız indikindən güclü olacaq. Növbəti mərhələdə “Neftçi” ilə keçiriləcək görüşə bundan da yaxşı hazırlaşmalıyıq”.
“Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da İstanbulda, cavab görüşü isə 17-də Bakıda keçiriləcək.