26 Noyabr 2024
Ölkə futbolu

Türkiyə klubu “Kəpəz”in bu durumundan yararlandı və 3 dəfə artıq…

Millimizin üzvü Bəxtiyar Həsənalızadənin Türkiyənin “Tuzlaspor” klubuna transfer olunduğundan xəbərdarsınız.

Bir müddət öncə “Kəpəz”lə müqavilə bağlayan oyunçu qısa vaxt sonra klubdan ayrıldı. Buna səbəb müdafiəçinin sözləşməsində ölkə xaricindən təklif olacağı təqdirdə, sərbəst qalacağı bəndinin olmasıdır.

Bununla yanaşı, Gəncə təmsilçisinin Bəxtiyara verdiyi maaşla “Tuzlaspor”un təklif etdiyi rəqəm arasında böyük fərq var. İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Kəpəz” millimizin üzvünə aylıq 4500 manat əmək haqqı ödəyəcəkdi.

Ancaq futbolçu Tuzla klubundan ayda 10 min dollar (17 min manat) qazanacaq. Bu səbəbdən də millimizin müdafiəçisi “Kəpəz”dən ayrılmaq qərarına gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43