Transfer çalışmalarını davam etdirən “Kəpəz” klubu yeni futbolçu ilə heyətini gücləndirib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Almaniya II Bundesliqa klubu “Hanza”da çıxış edən Sebastian Tillə anlaşmaq üzrədir. Tərəflər arasında bir müddətdir davam edən danışıqlar sona yaxınlaşır.
Lüksemburqlu yarımmüdafiəçi 2021-22 mövsümünü “Şerif”də keçirib. Till Moldova klubunun heyətində Çempionlar Liqasınıın qrup mərhələsində “Real”a qol vurmuşdu.