“Neftçi”nin futbolçusu Azər Əliyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyənin “Beşiktaş” klubuna qarşı keçiriləcək ilk oyunu buraxacaq.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında müdafiəçinin bağlarında gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunduğunu bildirib.
Dirsək oynağından müalicə alan 29 yaşlı oyunçunun qolu təxminən 7-10 gün sarğıda qalacaq. O, ağrıları tam azaldıqdan sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da, cavab matçı isə ayın 17-də “Beşiktaş” stadionunda keçiriləcək.