“Qalatasaray” Tete ilə 4+1 illik müqavilə imzalayacaq.
İdmanxeber.az-ın məlumatına görə, klubun rəhbərliyi transferin hüquqi tərəfini araşdırdıqdan sonra heç bir problemə rast gəlməyib. Xatırladaq ki, braziliyalı vingerin “Şaxtyor”la (Donetsk) 1 illik müqaviləsi qalmışdı.
Tete ötən mövsümü icarə əsasında “Lester”də keçirib.
Transfermarkt saytına görə oyunçunun dəyəri 25 milyon avro təşkil edir.

