“Nyukasl” Tino Livramentonu heyətinə qatdığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, “sağsağanlar” bu transfer üçün “Sauthempton”a 32 milyon funt-sterlinq ödəyəcək. Oyunçu ilə 5 illik müqavilə imzalanacaq.
Livramento ötən mövsüm zədələndiyə görə “Soton”un heyətində cəmi 2 oyuna çıxa bilib.

