“Napoli”nin sabiq baş məşqçisi Lusiano Spaletti İtaliya millisinin baş məşqçisi postuna əsas namizəddir.
İdmanxeber.az-ın məlumatına görə, İtaliya Futbol Federasiyasının (FIGC) rəhbərliyi mütəxəssisi bu vəzifə üçün favorit hesab edir. Tərəflər 2 illik müqavilə bağlaya bilər.
Lakin federasiya bunun üçün “Napoli”yə 3,2 milyon avro məbləğində təzminat ödəməlidir.
Qeyd edək ki, bundan əvvəl milli ilə Avropa çempionatının qalibi olan Roberto Mançini yığmanın baş məşqçi postunu tərk edib.