“Roma” Duvan Zapata üçün “Atalanta” ilə yenidən danışıqlara başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Leandro Paredes və Renato Sançeşi heyətinə qatan paytaxt klubunun növbəti hədəfi kolumbiyalı forvarddır.
5 mövsümdür Bergamo təmsilçisində forma geyinən Zapata 189 oyuna çıxıb və 81 qol vurub.

