04 İyul 2026
Dünya futbolu

“Ştutqart”dan Premyer Liqaya keçə bilər

“Vest Hem” “Ştutqart”dan Kostas Mavropanosla maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, London klubu Harri Maquayr transferində uğursuz olduqdan sonra yunanıstanlı müdafiəçi ilə danışıqlara başlayıb.

Mavropanos daha öncə “Arsenal” ilə 7 Premyer Liqa oyununa çıxıb. Yunanıstan millisində isə 19 oyunda meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43