UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək HİK – “Qarabağ” görüşünə bilet satışı davam edir.
İdmanxeber.az Helsinki təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma üçün 5500 bilet alınıb.
Görüş başlayana qədər biletlərin tükənəcəyi gözlənilir.
Qeyd edək ki, avqustun 17-də “Bolt Arena”da oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Arena 10770 azarkeş tutumuna malikdir. İlk görüşdə Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qələbə qazanıb.

