“Roma” Renato Sançeşi icarə əsasında heyətinə qatdığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu icarə haqqı olaraq PSJ-yə 1 milyon avro ödəyəcək. Portuqaliyalı futbolçunun satınalma məbləği 15 milyon avrodur.
25 yaşlı yarımmüdafiəçi ötən mövsüm Paris təmsilçisində 27 oyuna çıxıb və 2 qol vurub.

