“Əl-Hilal” Yassin Bunu üçün “Sevilya” ilə 21 milyon avro qarşılığında razılığa gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistan klubu mərakeşli qapıçı ilə 3 illik müqavilə imzalayacaq. Bunu UEFA Superkuboku oyunundan sonra İspaniya klubunu tərk edəcək.
32 yaşlı qapıçı 4 illik “Sevilya” karyerasında 2 dəfə (2019, 2023) Avropa Liqasını qazanıb.

