10 İyul 2026
Dünyadan

“Olimpiya” – “Qarabağ” oyununu canlı yayımlayacaq kanallar – SİYAHI

Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” (Sloveniya) ilə qarşılaşacaq “Qarabağ”ın hər iki matçı canlı yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, görüşü ölkəmizdə “İdman TV” canlı yayımlayacaq.

“Qarabağ”ın “Olimpiya” ilə avqustun 24-ü səfərdə keçiriləcək ilk matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq cavab görüşü isə saat 20:00-da start götürəcək.

Qarşılaşmanı canlı yayımlayacaq kanalların siyahısı aşağıdakı kimidi:

24 avqust

Avropa Liqası, pley-off 

22:00 Olimpiya – Qarabağ – İdman TV,  QQ Sport (Çin), “Sportklub 1” (Sloveniya), “Arena Sport” (Şimali Makedoniya)

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43