10 İyul 2026
Ölkə futbolu

Xəbərimiz təsdiqləndi: Bölgə klubu Portuqaliyadan yarımmüdafiəçi transfer etdi

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçunun keçidini həll edib.

İdmanxeber.az xəbər verir ki, seneqallı Latir Fal bundan sonra “Kəpəz”in şərəfini qoruyacaq. Onunla iki illik (1+1) müqavilə imzalanıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən Falın son klubu “Eştrela” (Portuqaliya) olub. Xatırladaq ki, seneqallı oyunçunun “Kəpəz”ə keçəcəyini ilk olaraq idmanxeber.az saytı yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43