10 İyul 2026
Ölkə futbolu

SON DƏQİQƏ: Azərbaycan klubu nigeriyalı futbolçu ilə bağlı qərarını verdi

“Kəpəz”in məşqçilər korpusu nigeriyalı futbolçu Entoni Amosi Beji ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, futbolçu tibbi baxışdan uğurla keçmədiyi üçün onunla müqavilə imzalanmayıb.

24 yaşlı son cinah müdafiəçisi daha öncə “Turan Tovuz”un transfer siyahısında olub. O, bölgə klubunda tibbi baxışdan uğurla keçə bilməmiş, daha sonra Gəncə təmsilçisinin təklifinə “hə” demişdi. Lakin “Kəpəz”in məşqçilər korpusu futbolçunun drumundan razı qalmayıb və o, Azərbaycanı tərk edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43