“Marsel”in yarımmüdafiəçisi Joffre Kondoqbya Fransa çempionatının 2-ci turunda “Mets”lə oyunda zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı afrikalı dizindən zədələnib. O, təxminən 6 həftə buraxacaq. Yarımmüdafiəçi bu yay “Atletiko”dan Fransa klubuna keçib və 2027-ci ilə qədər müqavilə imzalayıb.
2022/23 mövsümündə Kondoqbia Madrid təmsilçisinin forması ilə bütün turnirlərdə 27 oyun keçirib və iki qol vurub.

