“Bavariya”nın oyunçusu Benjamin Pavard “İnter”ə keçməyə yaxındır.
İdmanxeber.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb. Pavardın transferi üçün Milan təmsilçisi 30+2 milyon avro ödəyəcək.
Futbolçu bu gün tibbi müayinədən keçmək üçün İtaliyaya gedəcək. Müqavilə sabah imzalanacaq.
Pavard Bundesliqanın son mövsümündə 30 oyuna çıxıb və 4 qol vurub.

