19 Yanvar 2025
Ölkə futbolu

Qurban Qurbanov: “Qrupda iştirak etmək bizim üçün çox vacib idi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın “Olimpiya” klubu ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransı keçirib.

İdmanxeber.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis oyunçuların çox əziyyət çəkdiyini bildirib: “Futbolçuları və azarkeşləri təbrik edirəm. Bu gün gərgin oyun alınsa da, nəticə bizi qane etdi.

Qrupda iştirak etmək bizim üçün çox vacib idi. Hansısa səviyyəyə çatmaq asandır, amma orada qalmaq çətindir. Ən azından ilin sonunadək avrokuboklarda davam edəcəyik”.

Q.Qurbanov rəqibin oyunu haqda da danışıb: “Futbolçularımda stress var idi. Bu qədər azarkeş qarşısında oynadıqları üçün həyəcanlı idilər ki, birdən oyunu itirə bilərik. Ağıllı hücumlar edirdilər.  Tam açıq oynadılar. Bizim üçün çətinliklər yaratdılar. Bəlkə də “Olimpiya” qrup mərhələsinə düşməyi haqq edirdi”. 

 
Mütəxəssis bu uğuru komanda şəklində qazandıqlarını qeyd edib: “İndiyədək bu qədər müdafiəyə diqqət ayırmamışdıq. Bütün komanda olaraq bunu bacardıq. Rəqib fərqli-fərqli hücumlar edirdi. Bir nəfər hamı, hamı bir nəfər üçün”. 

O, sonda bildirib ki, yeni futbolçu transfer etmək üçün danışıqlar aparırlar: “Düzü axtarışdayıq. Çox istəyirik ki, 1-2 futbolçu transfer edək. Danışıqlar gedir. Bilmirəm ki, alınacaq, ya alınmayacaq. Son günə kimi çalışacağıq”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43