17 İyul 2026
Ölkə futbolu

Rusiyalı futbolçu “Neftçi” ilə müqavilə bağlayır

Rusiyalı futbolçu Reziuan Mirzov bu gün “Neftçi” ilə müqavilə bağlayacaq.

İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi Bakı klubunda tibbi müayinədən uğurla keçib. 

Pleymeykerin Rusiyanın “Ximki” klubu ilə anlaşmasının müddəti bitdiyindən, “ağ-qaralar”a azad agent kimi keçəcək.

Qeyd edək ki, Reziuan Mirzov “Ximki”yə 2020-ci ildə Moskva “Spartak”ından keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43