17 İyul 2026
Ölkə futbolu

DƏQİQLƏŞDİ: “Zalsburq”un sabiq futbolçusu Azərbaycan klubunda

“Qəbələ” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az-a verilən məlumata görə, “qırmızı-qaralar” qanalı futbolçu Samuel Tette ilə anlaşıb. Tərəflər arasında yaxın zamanda 2 illik müqavilə bağlanacağı gözlənilir.

28 yaşlı hücumçu son olaraq Türkiyənin “Adanaspor” klubunda çıxış edib. Tette karyerası ərzində Avstriyanın LASK və “Zalsburq” kimi komandalarında çıxış edib.

O, bir dönəm Qana millisində də forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43