15 İyul 2026
Ölkə futbolu

“Neftçi” “Arsenal”ın sabiq futbolçusunu transfer etdi – RƏSMİ

“Neftçi” rusiyalı futbolçu Reziuan Mirzovun keçidini rəsmiləşdirib.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Hələlik 30 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. 

 

“Neftçi” Mirzovun karyerasında ilk əcnəbi klubdur. Nalçik “Spartak”ının yetirməsi olan futbolçu Moskvanın “Torpedo”, Tulanın “Arsenal”, Moskvanın “Spartak” və “Ximki” kimi klublarda oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43