11 İyul 2026
Ölkə futbolu

“Komanda çox yaxşı hazırlaşdı” – Adrian Mutu

“Burdakı yaxşı şəraitə, meydançalara görə məhz Qəbələni seçməli olduq. Qarşımızda iki məqsəd var idi: həm fiziki, həm də taktiki cəhətdən işləməli idik”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu klubun televiziyasına komandasının Qəbələdəki hazırlığını dəyərləndirərkən deyib. Rumıniyalı mütəxəssis daha sonra belə davam edib:

“Düşünürəm ki, bu 5 gün ərzində oyunçular tapşırıqlarımı yerinə yetirə bildilər və istədiklərimi onlardan ala bildim. İntensiv məşqlər olurdu. Gündə iki dəfə məşq edirdik. Komanda çox yaxşı hazırlaşdı”.
“Neftçi”nin Misli Premyer Liqasında növbəti oyunu səfərdə “Araz-Naxçıvan”a qarşı olacaq. Sentyabrın 16-da keçiriləcək 6-cı turun oyunu saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43